Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba Rayon Komitəsi, Quba rayonunun təhsil müəssisələrində işləyən müəllimlərin, texniki heyyətin və digər təhsil işçilərinin hüquqlarının qorunmasını,əmək şəraitlərinin yaxşılaşdırılmasını vəzifələrini təmin etməyi prioritet məsələ kimi qarşıya məqsəd qoyur. Əmək funksiyalarının təhlükəsizliyini, əmək şəraitinin sağlamlığını, iş rejimini və əmək funksiyalarını yaxşılaşdırmaq üçün işəgötürənlərlə əməkdaşlıq edir.
Komitə, həmkar üzvlərinin əmək qanunvericiliyindən irəli gələn məzuniyyət hüquqlarının təmin edilməsinə, müəssisələrdə çalışan qrup əlilliyi olan şəxslərin tarif dərəcəsinə uyğun olaraq əmək haqlarına (15%, 25%) əlavələrin ödənilməsinə, 65 yaşa çatmış işçinin Əmək Məcəlləsinin tələblərinə əsasən uzadılmasına nəzarət edir.
ETİHİ Quba rayon komitəsinin strukturuna nəzər salsaq, hər bir təhsil müəssisəsində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları və ilk təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplarla iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Təhsil müəssisələrində gender bərabərliynin qorunmasına vaxtaşırı nəzarət edir. Uzaq dağ zonalarında işləyən gənc müəllimlərin sosial-iqtisadi problemlərinin həllinə yaxından köməklik edir. Orta-ixtisas və Peşə təhsili müəssisələrində oxuyan gənc həmkar üzvlərinin asudə vaxtalarının maraqlı və səmərəli keçirilməsini yüksək səviyyədə təşkil edir.
Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.
İttifaqın struktur genişliyi və üzv sayı
Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən 136 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 5647 ittifaq üzvünü özündə birləşdirir.
Quba Rayon Komitəsinin fəaliyyət istiqamətləri:


