Xəbərlər
Quba rayonunda təhsil işçiləri üçün Ramazan iftarı keçirilib
14/03/2026, 15:13

Müqəddəs Ramazan ayı münasibətilə ETİHİ Quba rayon komitəsi tərəfindən təhsil işçiləri üçün Nazlı Bulaq istirahət mərkəzində iftar süfrəsi təşkil edilib. İftar məclisində birlik və həmrəylik ruhu xüsusi hiss olunub, milli-mənəvi dəyərlərin əhəmiyyəti vurğulanıb. Tədbir iştirakçılarına zəngin süfrə təqdim olunub və Ramazanın fəzilətləri ilə bağlı dualar səsləndirilib. Səmimi mühitdə keçən görüş iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. İftar süfrələrində 150-yə yaxın təhsil işçisi iştirak edib. Sonda qonaqlar təşkilatçılara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.






