Xəbərlər
Təhsil müəssisəsinə bayram ərəfəsində növbəti dəstək göstərilib.

18 mart 2026-cı il tarixində ETİHİ Quba rayon komitəsinin sədri V. Kərimova Zərdabi qəsəbəsində yerləşən B. Şıxəmirov adına tam orta ümumtəhsil məktəbində görüş keçirmişdir. Görüş məktəb rəhbərliyinin və kollektivinin həmkarlar təşkilatına müraciəti əsasında təşkil olunmuş və əsas məqsəd təhsil müəssisəsinin ehtiyac duyduğu səs gücləndirici avadanlığın təqdim edilməsi olmuşdur. Qeyd edək ki, bayram ərəfəsində göstərilən bu diqqət və qayğı məktəbin rəhbərliyi və pedaqoji kollektivi tərəfindən yüksək dəyərləndirilmiş, böyük məmnunluqla qarşılanmışdır. Tədbir zamanı çıxış edənlər tərəfindən vurğulanmışdır ki, həmkarlar təşkilatlarında həyata keçirilən islahatlar respublikamızın bütün bölgələrində hiss olunmaqdadır, və bu dəyişikliklər təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılmasına və onların fəaliyyətinə dəstəyin gücləndirilməsinə xidmət edir. Görüşün sonunda məktəbin rəhbərliyi və kollektivi tərəfindən göstərilən diqqət və dəstəyə görə AHİK-na və ETİHİ Respublika Komitəsinə dərin minnətdarlıqlar ifadə olunmuşdur.





