“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat turnirinin Quba rayon mərhələsi keçirilib.

19/03/2026, 06:47
xeber1

ETİHİ Respublika Komitəsinin qərarına əsasən Quba rayonunun ümumtəhsil məktəblərində çalışan təhsil işçiləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turnirinin rayon mərhələsi keçirilmişdir. Yarışı giriş sözü ilə açan ETİHİ Quba rayon komitəsinin sədri Vüsalə Kərimova bu cür yarışların təhsil işçiləri arasında keçirilməsinin onların motivasiyasının artırılmasına, sağlam rəqabət mühitinin formalaşmasına mühüm töhfə verdiyini vurğulamışdır. Turnir boyunca iştirakçılar arasında gərgin və maraqlı mübarizə müşahidə olunmuşdur. Yarışın yekun nəticələrinə əsasən Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Osman Sultanov məğlubiyyətsiz çıxış edərək I yerə layiq görülmüşdür.

Sonda ETİHİ Quba rayon komitəsi tərəfindən I, II və III yerləri tutan qaliblərə hədiyyələr və təşəkkürnamələr təqdim edilmiş, digər iştirakçılar da təşəkkürnamələrlə təltif olunmuşdur. Qeyd edək ki, I yerin qalibi şahmat turnirinin respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: